Ana səhifə Mobil versiya
22 Sentyabr 2020

Nazir: 190 manatdan imtina alan 20 minə yaxın şəxs ona təklif edilən işlə razılaşmayıb

190 manat ödənişin təyin edilməməsinə görə şikayət edən insanların sayı çoxdur.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, aztəminatlılıq meyarına əsasən, 190 manatlıq vəsaitin ödənilməsindən imtina cavabı alan şəxslərə ictimai iş təklif edilib. Amma onların 20 minə yaxını, başqa sözlə 1%-i bununla razılaşmayıb.

S.Babayev əlavə edib ki, ehtiyac içində olan aztəminatlı şəxslərə minimum əməkhaqqı səviyyəsində - 250 manat məbləğində iş təklif edilir: "Aydın məsələdir ki, pandemiya dövründə iş tapmaq imkanları azalır. Dövlət məhz aztəminatlı şəxslər üçün dəstək mexanizmi təqdim edir. Digər kateqoriyalardan olan insanlara iş tapmaq üçün başqa mexanizm təqdim edir və bu mexanizm fərqlidir. Yüksək təhsili olanlar üçün işlər də fərqlidir".

Nazir deyib ki, əgər vətəndaş ali təhsillidirsə, özünü aztəminatlı hesab etmirsə və işsizdirsə, belə vətəndaşlar üçün bazada 47 min vakant iş yeri var, onlar bu yerlərdə işləmək üçün müraciət edə bilərlər.///trend

Tarix
7 Avqust 2020 [12:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-07 12:41:11
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin