Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

11:54 - 7 Avqust 2020 - Xəbər

Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən növbədənkənar sessiyanın sonuncu plenar iclasında 6 məsələ müzakirə olunub.

“Biz 3 gün ərzində səmərəli işlədik”, - S.Qafarova deyib. Onun sözlərinə görə, növbədənkənar sessiya çərçivəsində 6 qanun qəbul edilib.

İclas Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.

Parlamentin növbədənkənar sessiyası çərçivəsində 3 plenar iclas keçirilib. Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasları avqustun 5, 6 və 7-də keçirilib.///report

Xəbər xətti