Ana səhifə Mobil versiya
28 Sentyabr 2020

Yeyib-içmək məclisində qadına 16 bıçaq vurdu

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Bəhruz Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

 Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin yanvar ayında Xətai rayonunda baş verib. Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Azər oğlu 1988-ci il təvəllüdlü Niftəliyeva Zümrüd Nurəddin qızı və tanışı, 1981-ci il təvəllüdlü Cəbrayılov Taleh Cəlilağa oğlu ilə Xətai rayonu ərazisində birlikdə yemək yeyib spirtli içki qəbul ediblər.

Daha sonra Bəhruz Abdullayevlə Zümrüd Niftəliyeva arasında mübahisə yaranıb. Mübahisə nəticəsində B.Adbullayev Z.Niftəliyevanı yerə yıxaraq üzərində gəzdirdiyi bıçaqla qadına 16 zərbə vurub. Qadın aldığı zərbələrdən ölüb.

B.Abdullayevə Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham verilib.///report

 

Tarix
7 Avqust 2020 [10:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-07 10:23:32
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin