Ana səhifə Mobil versiya
24 Sentyabr 2020

Bill Qeytsdən qorxunc PROQNOZ: "Ölüm sayı 5 dəfə artacaq"

“Microsoft”un banisi Bill Qeyts nəticələri koronavirus pandemiyasının ziyanını üstələyəcək iqtisadi böhrandan xəbər verib.

O, ən yaxın bir neçə onillikdə planetin iqlim dəyişikliyinin səbəb olacağı qlobal böhranla qarşılaşacağını proqnozlaşdırır.
"Pandemiya nə qədər ağır olsa da, iqlim dəyişikliyi daha da pis ola bilər", - milyarder öz bloqunda yazıb.

Qeyts hesab edir ki, fəlakətdən qaçmaq üçün atmosferə istilikxana qazlarının tullantılarının miqdarını əhəmiyyətli dərəcədə azaltmaq lazımdır.
“Microsoft”un banisi koronavirus pandemiyası ilə ekoloji böhranın nəticələrini müqayisə edib. İnfeksiyadan ölüm sayı orta hesabla hər 100 000 əhaliyə 14 nəfər təşkil edib. Sahibkarın hesablamasına görə, yaxın 40 ildə Yerdəki yüksələn temperaturdan ölüm eyni sayda olacaq, 2100-cü ilə qədər isə bu rəqəm beş dəfə artacaq.///Report

Tarix
7 Avqust 2020 [08:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-07 08:31:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin