Ana səhifə Mobil versiya
22 Sentyabr 2020

Bakıda yeni məktəb binaları inşa olunur

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki səkkiz ümumi təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Həmçinin, ehtiyac olan ərazilərdə altı yeni məktəb inşa olunur. İdarədən verilən məlumata görə, onlardan üçünün tikinti işləri artıq yekunlaşmaq üzrədir. Qeyd edilib ki, hazırda 205 və 154 nömrəli tam orta məktəblərin bütövlükdə sökülərək yenidən tikintisi, 90, 97 nömrəli tam orta məktəblərin əsas korpuslarının əsaslı təmiri, köhnə korpuslarının sökülərək yenidən tikintisi, 122 nömrəli tam orta məktəbin əsaslı təmiri, idman zalı, kitabxana və əlavə sinif otaqlarının tikintisi, 155 nömrəli tam orta məktəbin köhnə korpusunun sökülərək yenidən tikintisi davam edir. Həmçinin, 251 nömrəli tam orta məktəb üçün əlavə korpusun tikintisi, 216 nömrəli tam orta məktəb üçün digər ərazidə yeni binanın tikintisi aparılır. Eləcə də, ehtiyac olan bütün təhsil müəssisələrində cari təmir və mühəndis-kommunikasiya işləri həyata keçirilir. Paytaxt məktəblərində aparılan bütün tikinti və təmir işlərinin tezliklə yekunlaşdırılması nəzərdə tutulur.
Tarix
6 Avqust 2020 [12:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-06 12:26:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin