Ana səhifə Mobil versiya
24 Sentyabr 2020

"“Cimerlik.az” saytı fəaliyyətə başlayacaq"

“Çimərliklərin açılmasına mövcud vəziyyət imkan verir. Bununla bağlı ölkə rəhbərliyinin tapşırığı var. Müəyyən edilmiş monitorinq qrupu pandemiyaya uyğun tələblərə riayət edilməsinə uyğun olan çimərliklər müəyyən edilib”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, avqustun 5-dən fəaliyyətə başlayacaq “cimerlik.az” saytı bu sahədə informativ sayt olacaq: “Çimərliklərin monitorinqi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aidiyyəti struktur bölmələrinin əməkdaşlarından ibarət 16 səyyar monitorinq qrupu formalaşdırılıb. Eyni zamanda Bakı Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə birlikdə sorğu vərəqələri əsasında Bakı və Sumqayıt ərazisində yerləşən 229 çimərliyə baxış keçirilib”.///Apa

Tarix
3 Avqust 2020 [17:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-03 17:40:34
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin