İtaliya Azərbaycana tibbi missiya göndərir

14:58 - 3 Avqust 2020 - Xəbər

İtaliya Mülki Müdafiə Departamenti koronavirus pandemiyası ilə mübarizə çərçivəsundə Azərbaycana tibbi missiya göndərir. Trend-in məlumatına görə, bu barədə qurumun "Twitter" səhifəsində bildirilib. Qeyd olunur ki, departament Azərbaycana 11 nəfərdən ibarət heyət yola salır: "İtaliya koronavirusla mübarizənin mərhələləri ilə üzləşən ölkələrə yardımını davam etdirir. Hər zaman ön xətdə olan tibb işçilərimizə təşəkkürümüzü bildiririk".

Xəbər xətti