Ermənistanda koronavirusdan ölənlərin sayı 762 nəfərə çatıb

11:41 - 3 Avqust 2020 - Xəbər

Ermənistanda son sutkada daha 52 nəfər COVID-19-a yoluxub.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, bununla da ölkədə koronavirusa yoluxanların sayı 39 102 nəfərə çatıb.

Son sutka ərzində koronavirusa yoluxan 8 nəfər ölüb və bununla da virusa yoluxma nəticəsində ölənlərin sayı 762 nəfər olub.

Xəbər xətti