Ağdaşda 1 nəfərin ölümünə səbəb olan qəzanın görüntüləri - ANBAAN VİDEO

İki gün öncə Ağdaşda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. 

Hadisə zamanı “Hyundai” və “VAZ 2106” markalı avtomobillər toqquşub. Görüntülərdə “VAZ”ın sola dönmə əməliyyatını yerinə yetirdiyi, bu zaman arxadan gələn “Hyundai” markalı avtomobilin ona çırpılması əks olunub.

Qeyd edək ki, zərbənin təsirindən “Hyundai” yoldan çıxaraq aşıb, sürücüsü, Göyçay rayon Bığır kənd sakini, 1975-ci il təvəllüdlü Qafurov Siyavuş German oğlu ölüb.

“VAZ”ın sürücüsü Göyçay sakini, 1973-cü il təvəllüdlü Hüseynov Habil Nəsib oğlu isə xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. ///oxu.az

Tarix
2 Avqust 2020 [11:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-02 11:06:10
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin