Millət vəkili onlara verilən bayram pulundan DANIŞDI

Millət vəkili Erkin Qədirli sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olan Qurban bayramına görə deputatlara verilən bayram payı haqqında açıqlama verib.

Ucnoqta.az xəbər verir ki, millət vəkli bunun köhnə qayda olduğunu, illərdir tətbiq olunduğunu bildirib:

"Hər dəfə də bununla bağlı yanlış təqdimatlar olur. Deputatlara ildə 4 dəfə maaşdan əlavə pul köçürürlər (beş yüz nə qədərsə) - Novruz, Ramazan, Qurban və Həmrəylik Günü. Mən bu qayda ilə razı deyiləm, amma bu qayda mənim deputat olmadığım illərdə qəbul olunub.

Ayrıca, mən maaşımdan xeyriyyə işləri üçün pul ayırıram. Bunu reklam etmirəm, çünki:

1) etik saymıram;

2) reklamdan xoşum gəlmir;

3) hamıya yardım etmək imkanım yoxdur."
Tarix
1 Avqust 2020 [08:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-01 08:15:14
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin