Ronaldo özünə yeni avtomobil alıb

Portuqaliya millisinin və İtaliya “Yuventus”unun futbolçusu Kriştiano Ronaldo özünə yeni avtomobil alıb. Apasport.az saytının məlumatına görə, A seriyasının çempionu adını qazandıqdan sonra hücumçu özünə yeni nəqliyyat vasitəsi almağı lazım bilib. Portuqaliyalı “Buqatti Sentodieçi” üçün 8 milyon avro ödəyib. Bu, limitli modeldir. Fransa şirkəti cəmi 10 ədəd “Buqatti Sentodieçi” hazırlayacaq. Bu on avtomobil şirkətin 110 illik yubileyi münasibətilə buraxılır. Maşının maksimal sürəti 380 km/s-dır. Avtomobil 100 km/s sürəti cəmi 2,4 saniyəyə yığır. Futbolçu yeni maşınını məhz A seriyasındakı çempionluğu şərəfinə alıb. Lakin “Buqatti” yalnız 2021-ci ildə futbolçuya veriləcək. Qeyd edək ki, Ronaldo bir neçə gün öncə çempionluq münasibətilə 6 milyonluq yaxta da alıb.
Tarix
31 İyul 2020 [13:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-31 13:56:41
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin