Azərbaycanda üçüncü Şollar su kəməri çəkiləcək

Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi məqsədi ilə ölkədə üçüncü Şollar su kəməri çəkilməsi planlaşdırılır.

Bu barədə "Azərsu ASC"-nin layihələndirilmə departamentinin rəisi Bahadur Kəngərli su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı haqqında qaydalar və tədbirlər barədə danışan zaman bildrib.

Onun sözlərinə görə, əlavə tədbirlər planında alternativ su mənbələrinin araşdırılması və istismara alınması üçün xüsusi tədbirlər nəzərdə tutulub ki, bu da üçüncü Şollar kəmərinin tədqiqatı və layihələndirilməsini əhatə edir:

"Bu tədbir gələcəkdə Abşeron yarımadası, Bakı, Sumqayıt şəhərləri və Xırdalan şəhərinin su təminatında sabitliyin təmin olunması üçün daha bir iri layihələrdən hesab oluna bilər".

Tarix
28 İyul 2020 [16:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-28 16:22:27
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin