Ana səhifə Mobil versiya
28 Sentyabr 2020

Güclü yağış Şəkidə fəsadlar törətdi

Şəkidə güclü yağış fəsadlar törədib.

Şəki Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, dünən axşam saatlarında rayon ərazisində güclü yağış və ildırım olub:

"Hadisə nəticəsində şəhər ərazisində qaz xəttini ildırım vurub, xətdə yanğın olub. Yanğının qarşısı alınıb. Leysan yağışları nəticəsində rayonun elektrik enerji təsərrüfatına da ziyan dəyib. Nəticədə bəzi ərazilərə elektrik enerjisinin verilişi dayandırılıb. Artıq problemin aradan qaldırılması istiqamətində işlər görülür, əksər ərazilərə elektrik enerjisinin verilişi bərpa edilib. Hazırda Şəki şəhərinin kiçik bir hissəsi və 4 kəndinə elektrik enerjisinin bərpası istiqamətində işlər görülür".

İcra Hakimiyyətindən bildiriblər ki, Şəki şəhərinin mərkəzinə və ətraf yaşayış məntəqələrinə yağan leysan nəticəsində yaranan sel suları bəzi yolların asfalt üzlüyünü yuyub: "Rayon ərazisində və bəzi kəndlərdə bir neçə evin həyətyanı sahəsinə və zirzəmilərə yağış suları dolub. Hazırda Fövqəladə Hallar Nazirliyinin canlı qüvvə və texnikaları əraziyə cəlb edilib".

Tarix
23 İyul 2020 [10:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-23 10:04:33
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin