Millət vəkili ABŞ Baş Prokuroru və Dövlət katibinə məktub ünvanladı: "Geyimlərində A.S.A.L.A loqosu ..."

09:55 - 23 İyul 2020 - SİYASƏT

Bildiyimiz kimi, ötən gün Los Ancelesdə yaşayan yüzlərlə erməni Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər. Daha sonra təxribatçı qrup hücum edərək 7 soydaşımıza xəsarət yetirmişdir. Azərbaycanın Los Ancelsdəki Baş Konsulluğu dərhal aidiyyatı orqanlarla əlaqəyə keçərək erməni özbaşınalığına görə ciddi narahatlıq ifadə ediblər.

Ucnoqta.az xəbər verir ki, millət vəkili Bəhruz Məhərrəmov bu hadisələrlə bağlı ABŞ Baş Prokuroru(Ədliyyə naziri) Uilyam Barr və Dövlət katibi Mayk Pompeoya məktub ünvanlayıb. Məktubun tərcümə olunmuş məzmununda deyilir:

"Hörmətli ...

Mən Bəhruz Məhərrəmov Azərbaycan Parlamentinin, habelə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvüyəm. Parlamentin üzvü olmazdan 16 il əvvəl ömrümün 1 ilini Sizin əsgərlərlə birgə İraqda keçirmişəm. İraqın o zaman ən gərgin regionlarından olan Hadita şəhərində biz Azərbaycan və Amerika əsgərləri bir-birimizə həyatımızı etibar etmiş, gələcəkdə xalqlarımızın sülh şəraitində, terorsuz bir dünyada yaşaması üçün əllərimizdə silah mübarizə aparmışıq. Biz hər şeydən öncə səylərimizin nəticə verəcəyinə ürəkdən inanmış, bu yolda qurbanlar verməkdən çəkinməmişik.

Lakin, təəssüflə qeyd edim ki, dünən Los Ancelsdə geyimlərində A.S.A.L.A beynəlxalq terror təşkilatının adı və loqosu olan yüzlərlə erməni Amerika polisinin gözü önündə azərbaycanlılara hücum etmişdir. Yəqin qəbul edərsiz ki, bu utancverici bir aktdır. ABŞ və Azərbaycanın təhlükəsiz gələcəyi naminə mübarizə aparmış biri kimi ABŞ-da baş verənlər və hökumətinizin məsələdə səssizliyi məni ciddi narahat edir.

Cənab ....,
xahiş edirəm məsələni nəzarətə götürərək azərbaycanlılara hücum aktına və terror ideyalarını təbliğinə görə həmin ideyalarının daşıyıcıları olan ermənilərin cəzalandırılmasını təmin edəsiniz.
Bir daha xatırlatmaq istəyirəm, biz İraqda, amerikalı dostlarımızla birgə, ermənilərin Amerikada terror ideyalarını rahatca yaya bilməsi üçün mübarizə aparmamışıq!
Hörmətlə
BM."

Xəbər xətti