Qaradağda 27 yaşlı elektriki tok vurub

İyunun 15-də Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Burfanov Nemət Müşfiq oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Qaradağ rayon prokurorluğundan Ucnoqta.az-a daxil olan məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

İlkin istintaqla “Elektrik Quraşdırma” müəssisəsində elektrik quraşdırıcısı işləyən Nemət Burfanovun “Cənub” və “Qobu” elektrik stansiyaları arasında elektrik naqillərini yüksək təzyiqli sıxac aləti vasitəsi ilə birləşdirən zaman qeyd edilən yüksək gərginlikli elektrik xəttində yaranmış induksiya elektrik cərəyanın təsirinə məruz qalaraq ölməsi müəyyən edilmişdir.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
16 İyul 2020 [14:11]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-16 14:11:16
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin