Ombudsman yaralı hərbçilərə baş çəkdi - FOTO

13:21 - 16 İyul 2020 - Xəbər

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində yaralanan hərbi qulluqçulara baş çəkib.

Bu barədə Ombudsman Aparatından məlumat verilib.

Qeyd olunub ki, Müvəkkil Müdafiə Nazirliyinin Hərbi Xəstəxanasına baş çəkib, erməni qoşunlarının Tovuz rayonu istiqamətində təxribatları və ağır artilleriya hücumları nəticəsində yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sağlamlıq vəziyyətini monitorinq edib.///report

 


Xəbər xətti