Bakı-Sumqayıt yolunda mikroavtobus velosipedçini vuraraq öldürüb

11:37 - 16 İyul 2020 - HADİSƏ

Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə avtomobil yolunun Sumqayıtdan keçən hissəsində qeydə alınıb. Belə ki,  "Hyundai" markalı mikroavtobus velosiped sürən Abşeron rayonu Saray qəsəbəsinin sakini, 1992-ci il təvəllüdlü Tahirov Əflatun Ərəstun oğlunu vurub. Qəza nəticəsində 28 yaşlı gənc mikroavtobusun altında qalaraq ölüb. 

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti