Fransa XİN Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatı pisləyib

Fransanın Avropa və Xarici İşlər Nazirliyi Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatla bağlı bəyanat yayıb.

Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa müvafiq surətdə həll ediləcəyinə əminlik ifadə olunur və bu məsələdə ATƏT-in Minsk qrupu üzvlərinin öhdəlikləri bir daha xatırlanır.

"Fransa Ermənistanla Azərbaycan sərhədində iyulun 12-dən başlayan silahlı toqquşmanı pisləyir. Biz hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə və vəziyyətin daha da pisləşməməsi üçün dialoqu davam etdirməyə çağırırıq. Fransa Minsk qrupunun həmsədri olaraq rusiyalı və amerikalı tərəfdaşları ilə birlikdə beynəlxalq hüquqa uyğun olaraq, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə və davamlı şəkildə həlli üçün öz öhdəliklərini həyata keçirəcək", - bəyanatda qeyd olunur. ///report

Tarix
15 İyul 2020 [19:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-15 19:33:17
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin