Azərbaycanın Qazaxıstandakı səfirliyində dövlət bayrağı endirilib

14:28 - 13 İyul 2020 - Xəbər

Koronavirus pandemiyasının qurbanı olmuş vətəndaşların xatirəsinə 13 iyul tarixinin Qazaxıstan Respublikasında ümumxalq hüzn günü elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bu ölkədəki səfirliyində dövlət bayrağı endirilib.

Bu barədə “Report”a səfirlikdən bildirilib.

“Səfirlik qardaş Qazaxıstan xalqına başsağlığı verir. Qardaş Qazaxıstan xalqı ilə həmrəyliyin əlaməti olaraq səfirlikdə dövlət bayrağı yarıyadək endirilib”, - diplomatik missiyadan vurğulanıb.

 

Xəbər xətti