İran XİN azərbaycanlı hərbçilərin ölümünə görə təəssüfünü ifadə edib

İran Azərbaycan və Ermənistan arasında baş verən silahlı qarşıdurma və azərbaycanlı hərbçilərin ölümünə görə təəssüfünü ifadə edir.

Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu gün keçirilən mətbuat konfransında deyib. A.Musəvinin sözlərinə görə, İran tərəfləri təmkinli olmağa və məsələləri, o cümlədən işğal olunmuş Dağlıq Qarabağ münaqişəsini müzakirələrlə həll etməyə çağırır:

“İran həm bu dəfə, həm də dəfələrlə bu münaqişənin dinc yolla həllində vasitəçilik etməyə hazır olduğunu bildirir”.

A.Musəvi əlavə edib ki, qonşu ölkələrlə ikitərəfli mexanizmlərin tapılmasına və əməkdaşlıqların davam etdirilməsinə səy göstərilir.///trend

Tarix
13 İyul 2020 [12:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-13 12:13:24
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin