Daha 520 nəfər yoluxdu, 486 nəfər sağaldı- 8 nəfər öldü

17:50 - 12 İyul 2020 - Xəbər

Azərbaycanda 520 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Ucnoqta.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər isə vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 24 041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 15 093 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib, 8 642 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 878, ötən müddət ərzində isə ümumilikdə 568 234 test aparılıb.

Xəbər xətti