Qazaxda "Opel" TIR-a çırpıldı- xəsarət alanlar var

17:29 - 12 İyul 2020 - HADİSƏ

Qazaxda xəsarətlə nəticələnən yol qəzası olub.

Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Yuxarı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb. "Opel" markalı avtomobilin "TIR" yük maşınına çırpılması nəticəsində, Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Anar Məmmədov və daha bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) xəsarət alıb. Hər iki yaralı Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb. A.Məmmədovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb. ///report

Xəbər xətti