Müdafiə Nazirliyi: Azərbaycan-Ermənistan sərhədində döyüşlər gedir

16:27 - 12 İyul 2020 - Xəbər

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Müdafiə Nazirliyindən Ucnoqta.az-a bildirilib ki, hər iki tərəfdən itki var. Hazırda bu istiqamətdə döyüş gedir.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.

Xəbər xətti