Ağsuda 12 baş inək oğurlayan qəssab saxlanılıb- Foto

Ağsu Rayon Polis Şöbəsinə müraciət edən rayon sakinləri onlara məxsus ümumilikdə 12 baş iribuynuzlu mal-qaranın müxtəlif vaxtlarda naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini Famil Məmmədov saxlanılıb. O, törətdiyi cinayət əməlini etiraf edib və oğurladığı heyvanlardan 10 başı götürülərək sahiblərinə qaytarılıb. Rayonda qəssablıq fəaliyyəti ilə məşğul olan F.Məmmədov 2 başını kəsərək satdığını bildirib.

Faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.

Tarix
11 İyul 2020 [10:07]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-11 10:07:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin