Bu gün 526 yeni koronavirus infeksiyasına yoluxub, 8 nəfər ölüb

17:15 - 10 İyul 2020 - Xəbər

Azərbaycanda bu gün 526 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, bu gün 502 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər isə vəfat edib.

 


Xəbər xətti