Sumqayıtda 32 yaşlı kişi baldızını bıçaqlayıb - YENİLƏNİB

İyulun 9-da saat 21 radələrində Sumqayıt şəhəri, H. Z. Tağıyev qəsəbəsi ərazisində 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya yaşadığı evdə çoxsaylı xəsarətlər yetirilməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Sumqayıt şəhər prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, araşdırmalarla Sumqayıt şəhər sakini 1988-ci il təvəllüdlü Anar Əlizadənin baldızı 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya hazırda istintaqa məlum olmayan kəsici-deşici alətlə aralarında yaranmış mübahisə zamanı xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Anar Əlizadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

saat 09:47

Sumqayıtda kişi baldızını bıçaqlayıb.

Hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini, 1986-cı il təvəllüdlü Ramilə Quliyeva bacısının əri tərəfindən bıçaqlanıb. Xəstəxanaya çatdırılan R. Quliyevanın həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.///Apa

Tarix
10 İyul 2020 [10:35]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-10 10:35:54
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin