Rayon sakinlərinə saxta tibbi göndəriş verən xəstəxananın vəzifəli şəxslərinə cinayət işi açıldı

Yevlax rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxsləri tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar qurulmuş postlardan keçmələri üçün rayon sakinlərinə saxta tibbi göndəriş vərəqələrinin verilməsi ilə bağlı daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan Ucnoqta.az-a verilən mləumata görə, araşdırma zamanı Yevlax rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq mənafeyinə qəsdən zidd olaraq qulluq səlahiyyətlərindən istifadə etməklə Yevlax rayonunun ayrı-ayrı sakinlərinə xüsusi karantin rejimi ilə əlaqədar quraşdırılmış postlarda təqdim etmək üçün saxta tibbi göndəriş vərəqələri verməklə cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran hərəkətlərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi, o cümlədən cinayətin törədilməsində bu və ya digər formada iştirak etmiş şəxslərin aşkar edilməsi istiqamətində zəruri və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tarix
9 İyul 2020 [16:31]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-09 16:31:04
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin