Sabirabadda 2 nəfərin ölümünə səbəb olan sürücü tutuldu

İyulun 7-də Sabirabad şəhərində 2 piyadanın ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, saat 13 radələrində sürücü Kamran Nəsirli idarə etdiyi «Mercedes Benz» markalı avtomobillə Sabirabad şəhəri Muğan prospektində hərəkətdə olarkən yolu keçən piyadalar Banı Əliyevanı və qızı Hədiyyəni  vurub, nəticədə piyadalar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər. Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində həmin gün Cinayət Məcəlləsinin 263.3. maddəsi ilə cinayət işi başlanaraq icraata verilib. 

İstintaq zamanı hadisə yerinə baxış keçirilib, şahid ifadələri alınıb və müvafiq ekspertizaları təyin edilib.

Sürücü Kamran Nəsirli cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulub, CM-nin 263.3. maddəsi ilə ona ittiham elan olunaraq müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Sabirabad rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, hadisəni törədən sürücü K. Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur. ///Apa

Tarix
8 İyul 2020 [18:39]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-08 18:39:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin