Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

22:23 - 7 İyul 2020 - Xəbər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 7-nə olan statistik göstəriciləri açıqlayıb.

Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 102 test edildiyi bildirilib.
Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 529 875 test aparılıb. Aktiv xəstə sayı 8 474 nəfərdir, onlardan 334 nəfər reanimasiyadadır, 60 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Xəbər xətti