Azərbaycanda baş həkim və beş tibb bacısı COVID-19-a yoluxub

18:41 - 7 İyul 2020 - Xəbər

Azərbaycanda daha bir həkim COVID-19-a yoluxub.

Məlumata görə, Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədovun koronavirus testinin nəticəsi müsbət çıxıb.
O, müalicə üçün Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Əli Məmmədov APA-ya açıqlamasında bildirib ki, bir həftə əvvəl onda COVİD-19 virusu aşkarlandıqdan sonra paytaxta aparılıb.

O, müalicənin nəticələrinin kafi hesab olunduğunu deyib: “Nəfəs almaqda bəzən çətinlik olur. Belə olduqda oksigen verirlər. Bəzən hərarətim olur, ancaq vəziyyətim stabildir. Ailə üzvlərimdən heç kimdə COVİD-19 aşkarlanmayıb. Lakin Beyləqan Mərkəzi Rayon Xəstəxanasından 5 tibb bacısının analizlərinin cavabı da pozitiv çıxıb. Onlar başqa xəstəxanalara yerləşdirilib”.

Xəbər xətti