Azərbaycanda polis mayoru koronavirusdan ölüb

Azərbaycanda daha bir polis əməkdaşı koronavirusdan ölüb.

APA-nın məlumatına görə, Laçın rayon Polis Şöbəsinin əməkdaşı, polis mayoru Zöhrab Əliyev COVİD-19 infeksiyasından vəfat edib.

Goranboy Rayon Mərkəzi Xəstəxanasının (Karantin Xəstəxanası) baş həkimi İftixar Zeynalov APA-ya açıqlamasında bildirib ki, Laçın rayon sakini, 1967-ci il təvəllüdlü Əliyev Zöhrab İbrahim oğlu ötən gün axşam saatlarında ağır dərəcəli pnevmoniya ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb. Z.Əliyev bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, Z.Əliyev Laçın rayon Polis Şöbəsinin əməkdaşı olub.

Qeyd edək ki, bundan əvvəl də Azərbaycanda 2 polis əməkdaşının koronavirusdan ölməsi barədə məlumatlar yayılıb.  

Tarix
7 İyul 2020 [17:30]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-07 17:30:13
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin