Məhkəmə-Hüquq Şurası haqqında qanuna dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev Məhkəmə-Hüquq Şurası haqqında qanuna dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində peşəkar çatışmazlıqlar, o cümlədən məhkəmələrin fəaliyyətinin monitorinqi nəticəsində maddi və prosessual hüquq normalarının tətbiqində sistemli xarakter daşıyan nöqsanlar aşkar edildikdə, onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndiriləcək.

İndiyə qədər hakimin (ilk dəfə hakim təyin edilmiş şəxslər istisna olmaqla) fəaliyyətində sadəcə peşəkar çatışmazlıqlar aşkar edildikdə onun fəaliyyəti Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunmuş vaxtda təkrarən, lakin 6 aydan tez və 2 ildən gec olmamaqla qiymətləndirilirdi.///trend

Tarix
7 İyul 2020 [16:48]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-07 16:48:44
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin