Azərbaycanda baş həkimin oğlu iki qadını avtomobillə vurdu

14:28 - 7 İyul 2020 - HADİSƏ

Sabirabad rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Mercedes” markalı avtomobil iki piyada qadını vurub. Hər iki qadın hadisə yerində ölüb. “Mercedes” markalı avtomobilin sürücüsü Kamran Nəsirlidir.

Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, K.Nəsirli Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğludur.///Apa

Xəbər xətti