Koronavirusun gözlənilməz fəsadları ortaya çıxdı

Diş həkimləri və elm adamları koronavirus infeksiyasının başqa gözlənilməz bir xüsusiyyətini üzə çıxarıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər virusun insanın ağız boşluğunda iltihablı proseslərə səbəb ola biləcəyini qeyd edib. Braziliyalı həkimlər yoluxmuş yaşlı xəstənin ağzında çatlar və yazva aşkar edib. Həkimlər xəstənin ağız boşluğunda yaranan neoplazmalar və iltihabların koronavirus səbəbiylə xəstənin sağlamlığında sistematik bir pisləşmə fonunda ortaya çıxan ikincili əlamət olduğuna dair nəticəyə gəlib.

Alimlər həmçinin dad pozğunluğu, damaq qanaması, kandidoz, travmatik xoralar, dilin və selikli qişanın digər ikincili zədələnmələrini koronavirus infeksiyasının fəsadları və əlamətləri kimi qeyd edib.

Moskva Dövlət Tibb Universitetinin terapevtik stomatologiya kafedrasının müdiri İrina Makeeva qeyd edib ki, koronavirus infeksiyasına yoluxmuş şəkərli diabet xəstələri tez-tez şiddətli quru ağızdan şikayət edir, lakin bu simptom koronavirusun nəticəsi olmaya bilər, ancaq infeksiyanı müalicə etmək üçün müəyyən dərmanlar qəbul edirlər.

Tarix
7 İyul 2020 [12:53]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-07 12:53:08
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin