"Xavi "Barselona" ilə müqavilə bağladı" - KİV

19:22 - 5 İyul 2020 - İDMAN

Qətərin "Əl-Sədd" klubunun baş məşqçisi Xavi Ernandes "Barselona" ilə anlaşıb.

Bu iddia ilə "Daily Mail" nəşri çıxış edib. Bildirilib ki, Kataloniya klubunun sabiq kapitanı gələn mövsümdən komandanın sükanı arxasına keçəcək. İddiaya görə, hazırkı baş məşqçi Kike Setyenlə mövsümün sonunda yollar ayrılacaq. 40 yaşlı mütəxəssisin "Barsa" ilə 4 illik müqavilə bağladığı və illik məvacibinin 6 milyon avro olacağı yazılıb.

Qeyd edək ki, Xavi Ernandes 1998-2015-ci illərdə "Barselona"nın formasını geyinib, 767 matçda iştirak edib, 27 titul qazanıb.///apasport

Xəbər xətti