Bu gün icaze.e-gov.az portalında bir çox icazələr ləğv edilib

Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.

 "ASAN xidmət"-dən verilən məlumata görə, öncədən bir neçə dəfə xəbərdarlıq edildiyi kimi icaze.e-gov.az sistemi vasitəsi ilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib. Bekə ki, Nazirlər Kabinetinin müvafiq Qərarında faəliyyətinə icazə verilən sahələr arasında olmayan və İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş qurumların icazəsi ləğv edilib. Həmin qurumlar, həmçinin sistemə yeni icazə daxil edə bilməz.

 Bir daha fəaliyyətinə icazə verilən sahələrdən xahiş olunur ki, icaze.e-gov.az portalına daxil olmaqla onlara aid məlumatların müvafiq Qərara uyğun tənzimləməsini həyata keçirsinlər. Çünki sistemdə nəzərdə tutulan həddi aşan icazələrin ləğvi davam edəcək.

 İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallarla bağlı hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.

 


14:04

Bu gün icaze.e-gov.az portalında bir çox icazələr ləğv edilib. Sosial şəbəkə istifadəçilərinin bir çoxu da bununla bağlı şikayət ediblər ki, ictimai və özəl sektordan olan icazələr ləğv edilib.

Məsələ ilə bağlı APA-ya açıqlama verən Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev bildirib ki, bununla bağlı onlara çoxlu sayda müraciətlər olub:

"Hansı icazənin qalması, hansının ləğv olunması məsələsinə İqtisadiyyat Nazirliyi baxır. Bizdə sistem ancaq İT məsələsini tənzimləyir".

Tarix
5 İyul 2020 [15:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-07-05 15:00:18
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin