Ermənistanda koronavirusa yoluxanların sayı 28 mini ötdü     
                    
                     
                    
                        
                                         
             
            12:06  -  5 İyul   2020 -  Xəbər
                    
                    
                                                                  
                                                  
                            
                            Ermənistanda koronavirusa yoluxanların sayı 28 606 nəfərə çatıb.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 706 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 7 nəfərin ölümü qeydə alınıb.
Bugünədək Ermənistanda 484 nəfər koronavirusdan ölüb, 11 824 nəfərin müalicəsi isə davam edir.
Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.