Azərbaycana qanunsuz avtomobil hissələri gətirmək istəyən saxlanıldı

17:49 - 4 İyul 2020 - Xəbər

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi DAF markalı yük nəqliyyat vasitəsi saxlanılıb.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Məlumata görə, şifahi sorğu-sual zamanı sürücü idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı gömrükçülər nəqliyyat vasitəsinin salonunda gömrük nəzarətindən gizlədilən, yazılı və ya şifahi formada bəyan olunmayan, ümumilikdə altı adda 18 ədəd avtomobil ehtiyat hissələri aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti