“Qızdırma, öskürək “mən koronavirusa yoluxmuşam” qorxusu yaradır”- Nadir Zeynalov

18:35 - 3 İyul 2020 - Xəbər

“Özünü pis hiss edən insan təcili tibbi yardıma müraciət etmədən öncə sahə həkiminə müraciət etməlidir”.

Bunu Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov deyib. O bildirib ki, qızdırma, öskürək ola bilər, bu simptomlar hamıda “mən koronavirusa yoluxmuşam” qorxusu yaradır: “Poliklinika və ya sahə həkimi bəzi suallar verərək onun koronavirus olub-olmadığı haqda ilkin diaqnoz qoya bilər. Ehtiyac olduqda, onlardan evdə nümunə götürüləcək”. ///qafqazinfo

Xəbər xətti