Ermənistan Mərkəzi Seçki Komissiyası tərəfindən aparılan 110 seçki məntəqəsindən ilkin məlumatlara görə, Baş nazir Nikol Paşinyanın hakim "Vətəndaş Müqaviləsi" partiyası 57,14% səs toplayıb.
Ucnoqta.az xəbər verir ki, bu məlumat Mərkəzi Seçki Komissiyasının onlayn tablosunda qeyd olunub.
Rusiyalı iş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 21,43% və ya 4.152 səs; keçmiş prezident Robert Köçəryanın "Ermənistan" bloku 8,21% və ya 1.590 səs; iş adamı Qagik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 5,1% və ya 988 səs toplayıb. Seçici fəallığı 58,97% təşkil edib.