İran İsrail Qüvvələrinin Livanın Beyrut şəhərini atəşə tutmasına cavab olaraq İsrailə raket zərbələri endirib.
Ucnoqta.az xəbər verir ki, bu, Tehranın 8 apreldə atəşkəs rejiminin qüvvəyə minməsindən bəri İsrailə ilk hücumudur. Ölkənin şimalına artıq 10-a yaxın raket atılıb, Ben-Qurion hava limanı bağlıdır və hakimiyyət orqanları vətəndaşları sığınacaqlarda qalmağa çağırır.
Bu arada, media orqanları İsrailin İrana sərt cavab vermək niyyətində olduğunu iddia edir.
"Tehran bu gecə yanmalıdır!" -Milli təhlükəsizlik naziri Ben-Qvir artıq sosial mediada yazıb.