Məşhur futbolçu oyun zamanı hüşunu itirdi - oyun dayandırıldı

22:21 - 7 İyun 2026 - Xəbər

Məşhur futbolçu Kristian Eriksen Ukrayna millisinə qarşı oyun zamanı meydanda huşunu itirib.

Ucnoqta.az xəbər verir ki, danimarkalı ikinci hissədə səhhəti pisləşib və meydanda huşunu itirib. Bu, onun karyerasında ikinci belə hadisədir.

Komandalar arasında yoldaşlıq oyunu təcili olaraq dayandırılmalı olub. 34 yaşlı Eriksenlə bağlı oxşar hadisə 2021-ci ildə baş verib: o, Avro 2020-nin Finlandiya ilə oyununda ürək dayanması keçirib. Daha sonra həkimlər ona kardiostimulyator quraşdırıb və karyerasını davam etdirməyə icazə veriblər.

"Ayaks" və "Mançester Yunayted"dəki çıxışları ilə tanınan Eriksen hazırda Almaniyanın "Volfsburq" klubunda və Danimarka milli komandasında oynayır. O, hazırda tibbi müayinədən keçir.

Xəbər xətti