ABŞ İranla danışıqların nəticəsindən asılı olmayaraq İslam Respublikasının yüksək zənginləşdirilmiş uran ehtiyatını müsadirə etmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu NBC News-a verdiyi müsahibədə bildirib.
"Biz onlarla və ya onsuz gələcəyik. Və heç kim bizə atəş açmayacaq. Əgər razılaşma əldə etməsək, onları çox sərt şəkildə, hərbi yolla məhv edəcəyik. Əgər razılaşma əldə etsək və hər şey dostcasına olsa, birlikdə işləyəcəyik. Avadanlıq bizim olacaq. Biz onu çıxarıb yerində məhv edəcəyik, ya da bir yerə daşıyacağıq", - deyə o əlavə edib.