Rubio ABŞ-ın İran əhalisini silahlandırmadığını bildirib

22:34 - 2 İyun 2026 - DÜNYA

ABŞ Dövlət Katibi Marko Rubio Amerika administrasiyasının İran vətəndaşlarına silah ötürmədiyini iddia edir.

Ucnoqta.az xəbər verir ki, o, bu mövqeyi Senatın Xarici Əlaqələr Komitəsinin dinləməsində bildirib.

"Mən İranda hökuməti devirmək məqsədilə mülki şəxsləri silahlandırmaq üçün hansısa proqramdan xəbərsizəm. Yəni, bunu başqa ölkələr və ya digər elementlər edə bilər, amma əlbəttə ki, ABŞ hökuməti etmir", - deyə ABŞ Dövlət Katibi bu məsələ ilə bağlı suala cavab olaraq bildirib.

Xəbər xətti