Neft şirkətinin əməkdaşı iş yerində öldü

18:06 - 2 İyun 2026 - HADİSƏ

Bakıda neft şirkətində ölüm hadisəsi olub.

Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu, eyniadlı qəsəbədə yerləşən “Oil” şirkətində qeydə alınıb.

Burada maşınist işləyən paytaxt sakini 61 yaşlı Nuraslan Nəbi oğlu Yusubov iş yerində ölüb. Onun infarkt səbəbilə öldüyü bildirilir.

Araşdırma aparılır.

Xəbər xətti