İraqda keçirilən təlimlər zamanı bir ABŞ hərbçisi və bir Britaniya əsgəri həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə NBC News məlumat yayıb.
Hadisə 31 mayda İraqın şimalındakı Ərbil şəhərindəki ABŞ Hərbi Hava Qüvvələri bazasında baş verib.
Həm ABŞ, həm də Britaniya rəsmiləri hadisənin təfərrüatlarını, o cümlədən həlak olan iki əsgərin adlarını açıqlamayıblar.