Marketlərdən külli miqdarda spirtli içkilər oğurlandı

15:03 - 5 May 2026 - HADİSƏ

Bakının Nəsimi, Xəzər və Qaradağ rayonlarında oğurluqlar qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, naməlum şəxslər müxtəlif vaxtlarda dörd marketdən ümumi dəyəri 2343 manat olan spirtli içkiləri talayıblar. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən E.Qəhrəmanov, H.Xəlilov və C.Səfərli müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar davam etdirilir.

Xəbər xətti