İran ABŞ gəmilərini və qoşunlarını qəbiristanlığa göndərməyə qadirdir - Xameneinin müşaviri

19:06 - 3 May 2026 - DÜNYA

İranın Ali Liderinin hərbi müşaviri Möhsün Rezai ABŞ-ı "təyyarə gəmiləri olan yeganə pirat" adlandıraraq bildirib ki, Tehran Amerika gəmilərini və qoşunlarını qəbiristanlığa göndərməyə qadirdir.

Ucnoqta.az xəbər verir ki, Rezai bunu X-də yazıb.
"ABŞ dünyada təyyarə gəmiləri olan yeganə piratdır. Piratlarla mübarizə aparmaq qabiliyyətimiz döyüş gəmilərini batırmaq qabiliyyətimizdən heç də az deyil. Təyyarənizin qalıqları İsfahanda qaldığı kimi, gəmilərinizin və qoşunlarınızın da qəbiristanlığa düşməsinə hazır olun", - müşavir qeyd edib.

Xəbər xətti