48 yaşlı kişini qonaq getdiyi evdə arı sancıb öldürdü

10:56 - 2 May 2026 - HADİSƏ

Tərtər rayonunda 48 yaşlı kişi qonaq gəldiyi evdə arı sancmasından ölüb.

Ucnoqta.az xəbər verir ki, hadisə ötən gün rayonun düyərli kəndində baş verib.

Belə ki, Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Nazim Əmrahov qonaq gəldiyi qohumunun həyətyanı sahəsindən arı sancması ilə xəstəxanaya gətirilib və orada ölüb.

Faktla bağlı araşdırma aparılır.///

Xəbər xətti