BMT Baş katibi ölkələri təcili nüvə tərksilahına çağırdı

19:34 - 27 Aprel 2026 - DÜNYA

BMT Baş katibi António Guterres dünya liderlərini nüvə tərksilahına nail olmaq üçün təcili hərəkətə keçməyə çağırdı.

Ucnoqta.az xəbər verir ki, Quterreş Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilənin (NSYM) 11-ci İcmal Konfransının açılışında bildirib.
"Çox gec olmamışdan əvvəl: gəlin nüvə silahlarını əhatə edən kollektiv amneziyanı aradan qaldıraq. Birlikdə olduğumuz zaman nəyə nail ola biləcəyimizə inamımızı yeniləyək. Gəlin bəşəriyyətin üzərində asılı qalan bu buludu dağıtmaq üçün təcili hərəkətə keçək", - deyə Baş katib deyib.

27 apreldə Nyu-Yorkdakı BMT-nin qərargahında 11-ci NSYM İcmal Konfransı başlayıb.

Xəbər xətti